Polşanın Ukraynadakı konsulluğu fəaliyyətini dayandırdı

Polşanın Ukraynadakı konsulluğu fəaliyyətini dayandırdı

Polşa Respublikasının Xarkovdakı baş konsulluğunun vitse-konsulu Yakub Koralevskiy diplomatik nümayəndəliyin Ukraynada baş verən səbəblərə görə fəaliyyətini dayandırdığını deyib. SİA unian.net-ə istinadən xəbər verir ki, martın 8-dən başlayaraq, konsulluğun işçiləri nümayəndəlikdən təxliyyə olunublar.

Diplomat qeyd edib ki, konsulluğun funksiyalarını hələ ki, Odessadakı konsul həyata keçirəcək.

Qeyd edək ki, daha öncə Polşanın xarici işlər naziri Radoslav Sikorskiy öz "twitter" hesabında yazmışdı ki, Polşa hökuməti bu ölkənin konsullarını geri çağırmaq qərarına gəlib. Belə ki, Sikorskiy bunu Rusiya hərbçilərinin Krıma müdaxilələri ilə əlaqələndirib.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə