Krımın statusu haqqında referendum martın 16-na təyin olunub. Bu barədə SİA xarici mətbuata istinadən xəbər verir.
Məsələ ilə bağlı jurnalistlərə açıqlama verən Krım Muxtar Respublikasının Baş nazirinin müavini təyin edilən Rüstəm Temirqaliyev vurğulayıb ki, referenduma iki məsələ çıxarılacaq.
Onun sözlərinə görə, ilk məsələ Rusiya Federasiyasının (RF) subyekti qismində Krımın RF-nin tərkibinə daxil olması, digər məsələ isə Krımın 1992-ci il konstitusiyasının bərpa olunmasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB