NATO Rusiyanı Suriyadakı kimyəvi silahların məhv edilməsi prosesindən uzaqlaşdırdı

NATO Rusiyanı Suriyadakı kimyəvi silahların məhv edilməsi prosesindən uzaqlaşdırdı

NATO ilk birləşmiş Rusiya-NATO missiyasının planlaşdırılmasını dayandırır. SİA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu alyansın baş katibi Anders Foq Rasmussen deyib.

"NATO bu gün bir sıra təxirəsalınmaz addımlar atıb. Biz ilk birləşmiş Rusiya-NATO missiyasının planlaşdırılmasını – Suriyadakı kimyəvi silahları məhv edəcək ABŞ gəmisi Cape Raydə iştirak məsələsini dayandırdıq" – deyə o bildirib.

Onun sözlərinə görə, bu, Suriyadakı kimyəvi silahların məhv edilməsinə təsir etməyəcək, lakin Rusiya prosesdən kənarda qalacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə