“Qazprom” Ukraynaya "hücum etdi"

“Qazprom” Ukraynaya "hücum etdi"
Ukraynanın energetika və kömürçülük naziri Yuriy Prodan hökumətin iclası zamanı çıxışında ilginc məsələyə toxunub. SİA unian.net-ə istinadən xəbər verir ki, nazir Rusiyaya olan qaz borcunun kütləvi şəkildə artdığını bildirib.

"Kifayət qədər çox borclanmışıq. Qaz borcumuzun miqdarı 2 milyar dollara yaxındır" - deyə bildirən nazir onu da qeyd edib ki, əgər martın sonlarına qədər Ukrayna tərəfi qiymətlərin ucuzlaşdırması ilə bağlı razılıq əldə edə bilməsə, bu zaman onun qiyməti min kubametrə görə, 400 dollara qədər arta bilər.

Qeyd edək ki, bu gün "Qazprom"un rəsmi nümayəndəsi Sergey Kupiryanov bəyan edib ki, Ukrayna tərəfi qaz borcuna görə, qiymət endirimini saxlaya bilməyəcək.

"Hazırkı vəziyyətdə Ukraynanın 1 milyard 549 milyon borcu var. Bu borc nəinki ötən ildən, eləcə də hazırkı müddətdə yığılıb qalmış borcdur" - deyə bildirən Kupiryanov eyni zamanda xatırladıb ki, Rusiya məhz bu borcların silinməsi üçün Ukraynaya 3 milyard dollar kredit ayırmışdı.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня