Polşanın sərhəd xidməti: “Ukraynalılar Polşa ilə sərhəd keçid məntəqələrini açıblar” FOTO

Polşanın sərhəd xidməti: “Ukraynalılar Polşa ilə sərhəd keçid məntəqələrini açıblar” FOTO
"Ukraynalılar bir neçə gün öncə blokadaya aldıqları Polşa ilə sərhəd keçid məntəqələrini açıblar". SİA-nın məlumatına görə bu barədə Ukraynanın unian.net informasiya portalı Polşa sərhəd xidmətinin mətbuat xidmətinə istinadən xəbər verir.

Qeyd olunur ki, Polşa ilə Ukrayna arasındakı bütün sərhəd keçid məntəqələri açılıb və insanlar oradan rahat şəkildə keçirlər: "Bu istiqamətdə qoyulmuş blokada tam olaraq aradan qaldırılıb".

Xatırladaq ki, fevralın 19-dan başlayaraq Polşa ilə həmsərhəd olan keçid məntəqələri blokayaya alınmışdı. Bunun nəticəsində qonşu ölkədən Ukraynaya daxil olacaq ərzaq məhsulları Polşa gömrüyündə saxlanılırdı.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня