Türkiyədə müxalifət partiyaları arasında insident baş verib, nəticədə 10 nəfər yaralanıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Türkiyənin Diyarbəkir viyalətində kürdyönlü Sülh və Demokratiya Partiyası (BDP) və Hüda-Par (Hürdava Partiyası) tərəfdarları arasında qarşıdurma yaranıb. Qarşıdurmaya səbəb ölkədə 30 mart tarixində keçiriləcək bələdiyyə seçkilərində hansı partiyanın qalib gəlməsi olub.
Seçkilərlə bağlı mübahisə zamanı 5 avtomobilin yandırıldığı bildirilir. Polisinin müdaxiləsi ilə qarşıdurmanın qarşısı alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB