Məşhur portuqaliyalı futbolçu 72 yaşında öldü

Məşhur portuqaliyalı futbolçu 72 yaşında öldü

Məşhur portuqaliyalı futbolçu Eysebio 71 yaşında dünyasını dəyişib. SİA-nın məlumatına görə, əfsanəvi futbolçu ürək xəstəliyindən vəfat edib. Uzun müddət "Benfika" klubunda oynayan Eysebio Portuqaliya yığmasının tərkibində 1966-cı il dünya çempionatının bürünc medalını qazanıb. 11 dəfə Portuqaliya çempionu olan idmançı 1965-ci ildə Avropanın ən yaxşı futbolçusu seçilib. 1962-cı ildə "Benfika" ilə Çempionlar Kubokunun qalibi olub.

Portuqaliya yığmasının tərkibində keçirdiyi 64 oyunda 41 qol vurub. Ümumilikdə isə 745 oyuna qatılan futbolçu 733 qolu futbol tarixinə yazdıra bilib. Sürətli və texniki oyununa görə "Qara pantera" ləqəbi almış Eysebio iki dəfə "Qızıl buts" mükafatına layiq görülüb.

Məşhur futbolçunun yanvarın 25-də 72 yaşı tamam olacaqdı.

Bütün xəbərlər Facebook səhifəmizdə