Ukrayna müxalifəti hakimiyyətlə danışıqlara başlamaq üçün tələblərini açıqlayıb

Prezident Viktor Yanukoviç 3 tələbi yerinə yetirəcəyi təqdirdə Ukraynada siyasi və iqtisadi böhranın həllinə dair müxalifət və hakimiyyət arasında danışıqlar başlana bilər. Bu tələblər – hökumətin istefası, noyabrın 30-da mitinqin güc tətbiq etməklə dağıdılmasında təqsirkar olanların məsuliyyətə cəlb olunması və Müstəqillik meydanında saxlanılan aksiya iştirakçılarının azadlığa buraxılmasıdır.

Bunu bu gün Ukrayna parlamentindəki "Batkivşina" fraksiyasının lideri Arseniy Yatsenyuk bəyan edib. Onun sözlərinə görə, bu tələbləri tək müxalifət yox, milyonlarla ukraynalı irəli sürür. Onun sözlərinə görə, bundan sonra siyasi danışıqlar proseduru başlanmalıdır. "İlk öncə yeni texniki hökumət formalaşdırılmalıdır. İkincisi – AB ilə assosiasiya haqqında sazişin imzalanmasını və BVF-dən maliyyə yardımının alınmasını da nəzərdə tutan hökumətin fəaliyyət proqramı müəyyən edilməlidir. Üçüncüsü – Konstitusiyaya dəyişikliklər edilməklə vaxtından əvvəl prezident və parlament seçkiləri keçirilməlidir" - deyə Arseniy Yatsenyuk bəyan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...