Sorğu: “İranla baş tutan Cenevrə danışıqlarının nəticəsini 44% amerikalı dəstəkləyir”

Sorğu: “İranla baş tutan Cenevrə danışıqlarının nəticəsini 44% amerikalı dəstəkləyir”

"ABŞ əhalisinin böyük əksəriyyəti İranın nüvə proqramı üzrə "altılıq"ın apardığı danışıqların nəticəsini və əldə etdiyi razılaşmanı dəstəkləyir". SİA İTAR-TASS-a istinadən xəbər verir ki, "Röyter" agentliyinin "İpos" sosial sorğu xidmətinin nəticələri belə qənaətə gəlməyə əsas verir.

Sosioloqların bildirdiyinə görə, İranla baş tutan Cenevrə danışıqlarının nəticəsini 44% amerikalı dəstəkləyir. Razılaşmanı dəstəkləməyənlər isə 22% təşkil edir.

Razılaşmanın pozulması halında ABŞ-ın İrana qarşı sanksiyalarının artırılmasının tərəfdarları 49%, danışıqların davam etdirilməsini dəstəkləyənlər isə 31% olub.

Lakin əhalinin 20%-i belə olan halda İrana qarşı hərbi müdaxiləni mümkün saydıqlarını bildiriblər.

Sorğu mərkəzinin rəsmisi Culiya Klark qeyd edib ki, sorğuda 600 amerikalı iştirak edib.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня