Suriyada ölənlərin sayı 74 nəfərə çatıb. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatəna görə, Bəşər Əsəd güclərinin müxtəlif yerlərində, müxalif qüvvələrə qarşı tətbiq etdikləri hərbi əməliyyatlar nəticəsində ölənlərin sayı durmadan artır. Əməliyyatlar nəticəsində öldürüləndən 3-nün qadın, 9-nun isə uşaq olduğu bildirilir.
Suriya İnsan Haqları Təşkilatının verdiyi açıqlamada Hələbdə 30, Hamada 17, İdlibdə 13, Derada 6, Deyru Zorda 4,Dəməşqdə 2, Rəkkə və Hümüs şəhərlərində 2 nəfər olmaqla cəmi 74 nəfərin öldürüldüyü qeyd olunub.
Qeyd edək ki, öldürülənlər arasında Azad Suriya Ordusuna məxsus 33 nəfərin olduğu da bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB