Misirdə qarşıdurmalar davam edir

Misirdə qarşıdurmalar davam edir

Misirin Mənsurə şəhərində Məhəmməd Mursini dəstəkləyən nümayişçilərlə açılan atəş nəticəsində 4 nəfər həlak olub, 200-ə yaxın şəxs isə yaralanıb.

"Zaman" qəzeti məlumat verir ki, ölən 4 nəfərin qadın, o cümlədən aralarında 13 yaşında bir qız uşağının olduğu bildirilir. Hadisə şahidlərinin sözlərinə görə, nümayişçilərə qarşı həqiqi silahdan atəş açılıb, həmçinin "Molotov kokteyli" atılıb.

Qeyd edək ki, Misirdə devrilmiş Prezident Mursiyə dəstək aksiyaları davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə