Təyyarənin qara qutusu açıldı

Təyyarənin qara qutusu açıldı

ABŞ-ın San-Fransisko şəhərində qəza enişi edən "Boeing 777" tipli təyyarənin qara qutusu açılıb. SİA-nın xəbərinə görə, təyyarənin qəza enişi etməsinə səbəb sürətinin normadan az olması ilə əlaqədardır.

Təyyarənin sürətinin eniş anında 158 mph olduğunu deyən ABŞ-ın Milli Nəqliyyat Təhlükəsizliyi idarəsinin rəhbəri Deborah Hersman təyyarənin məhz bu səbəbdən qəzaya uğradığını bildirib: "Enişdən 7 saniyə öncə hava limanının səlahiyyətliləri tərəfindən pilota sürətin artırılması barədə xəbərdarlıq edilsə də, buna əməl etməyib. Nəticədə, təyyarə eniş əsnasında qəzaya uğrayıb".

Bütün xəbərlər Facebook səhifəmizdə