İstanbuldakı Taksim meydanındakı “Gəzinti” parkı bu gün açılır

İstanbuldakı Taksim meydanındakı “Gəzinti” parkı bu gün açılır

İstanbuldakı Taksim meydanındakı "Gəzinti" parkı bu gün açılacaq. İstanbul Şəhər Bələdiyyəsinin gördüyü işlər sayəsində gözəlləşən park istanbulluların sevimli istirahət məkanına çevriləcək. "Anadolu" agentliyi xəbər verir ki, bu sözləri İstanbul valisi Hüseyn Avni Mutlu deyib.

"Gəzinti" parkında görülən abadlıq işləri ilə əlaqədar ötən ay Türkiyədə etiraz aksiyaları başlanıb.

İstanbul Şəhər Bələdiyyəsinin yaydığı məlumata görə, Taksim meydanındakı "Gəzinti" parkında aparılan işlərdən sonra onun ərazisi 8 min kvadratmetr genişləndirilib. Parkın 58 min kvadratmetrlik yaşıllıq sahəsinə çevrildiyi qeyd edilib.

Parkdakı ağacların sayı 558-dən 704-ə, gül-çiçəyin sayı isə 322 minə çatdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə