"Ölkələrarası çirkli pulları" təmizləyən qrup Rusyanın təhlükəsizlik əməkdaşları tərəfindən saxlanılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Türkiyə və Suriya vətəndaşlarının da daxil olduğu qrupun məqsədi çirkli pulları Moskvadan İstanbula apararaq təmizləmək olub. Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşı Andrey Pilipçuk sözlərinə görə, qrup 2011-ci ildən fəaliyyətə başlayıb və indiyə qədər əməkdaşlıq etdiyi 10-a yaxın şirkət vasitəsi ilə 7 milyard rubl məbləğində qeyri-qanuni əməliyyat edib. Polis, əməliyyat zamanı qrupa aid olan bir sıra sənədə və 40 milyon rubl nağd pula əl qoyub.
Qey edək ki, Təhlükəsizlik əməkdaşlarının qrup üzərinə təşkil etdiyi basqın Rusiya telekanalları vasitəsi ilə canlı olaraq yayımlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB