Ukraynada Yuliya Timoşenko döneminde daxili işlər naziri olan Yuri Lutsenko səhhəti ilə əlaqədar olaraq sərbəst buraxılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Ukrayna prezidenti Viktor Yanukoviç Timoşenko döneminde daxili işlər naziri olan Yuri Lutsenkonu bağışlayıb. Ukrayna prezidenti eyni zamanda keçmiş ekologiya və ətraf mühit naziri Georgi Fillipçukunda daxil olduğu 6 nəfəri həbsdən azad edib.
Xatırladaq ki, Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenkonun yaxın ətrafı olan Lutsenko 2010-cu ilin dekabr ayının 26-da həbs olunmuş, 2012-ci ilin fevralında isə vəzifə səlahiyyətlərini aşdığına görə mal varlığının müsadirə olunması şərti ilə 4 il həbsə məhkum edilmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB