Ərəbistan hökuməti bu inqilabların öz ölkəsinə sirayət etməməsi üçün 130 milyard dollar pul xərcləyib
ABŞ Səudiyyə Ərəbistanını süquta yetirmək planını açıqlayıb. İndiyədək müttəfiq sayılan iki dövlət artıq bir-biri ilə düşmən kimi davranmağa başlayıblar. Bu da səbəbsiz deyil. "Guardian" qəzetinə istinadən verilən məlumata görə, ABŞ prezidenti Barak Obamanın müşavirlərindən olan Brus Ridel (Bruce Riedel) Ərəbistan kralını orta əsrlərdə yaşamış 14-cü Lüdovikə bənzədib.
Qeyd edək ki, XIV Lüdovik tam monarxiya tərəfdarı olan şəxs olub. "Dövlət mənəm" ifadəsi də məhz ona məxsusdur.
Eyni zamanda MKİ-nin analitiklərindən hesab olunan Ridel prezident Obama üçün Ərəbistan hakimiyyətinin hazırkı durumu ilə hazırladığı hesabatda vurğulayır: "Səud tayfası dünyada ən sonuncu mütləq şahlıq və monarxiya hökuməti kimi tanınır. Kral Məlik Abdullah bin Əbdüləziz isə 14-cü Lüdovikə bənzəyir".
Qeyd edək ki, daha sonra Ərəbistanda inqilabın baş verməsini Barak Obamanın ikinci prezident dönəminə təsadüf edəcəyini bildirən Brus Ridel deyib: "Ərəbistanda hakimiyyət dəyişikliyi ABŞ-ın milli maraqlarına faciə ola bilər. Neft bazarında stabilliyin pozulması ABŞ iqtisadiyyatına ağır zərbə sayılar. Bundan əlavə Amerikanın regiondakı mövqeyi zəifləyə bilər. Amma hər halda bu ölkədə inqilab baş verərsə ABŞ hökuməti onunla razılaşmaq məcburiyyətində qalacaq. Elə buna görə də təklif olunur ki, Mərkəzi Kəşfiyyat İdarəsi baş verə biləcək hər hansı bir hadisə ilə bağlı məqbul planı hazırlayaraq gözlənilən tufanın qarşısını mümkün olan həddə alsın".
Obamanın müşaviri daha bir ifşaedici fakt açıqlayıb. O, bildirib ki, ərəb dünyasında inqilablar baş qaldırdıqdan sonra Ərəbistan hökuməti bu inqilabların öz ölkəsinə sirayət etməməsi üçün 130 milyard dollar pul xərcləyib. Onun sözlərinə görə, Səud tayfası bu pulları xəbərləri senzura etmək və ölkədəki etirazçıları yatırmaq məqsədilə xərcləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB