Fransada rekord vuran göstərici....

Fransada rekord vuran göstərici....

Fransada durmadan artan işsizlik noyabr ayında rekord həddə çatıb. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, noyabr ayında işsizlərin sayı ölkə üzrə 0,9 faiz artıb və ümumilikdə 3 milyon 132 min 600 işsiz qeydə alınıb. Yaşı 50-dən yuxarı olanlar arasında işsizliyin 1,2 faizi artımı müşahidə edilib.

Ümumilikdə, dənizətrafı bölgələr də daxil olmaqla, hazırda Fransada 4 milyon 904 min 900 nəfər işlə təmin olunmaq üçün əmək birjalarında növbəyə dayanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə