Bəşər Əsəd əks hücuma keçib

Bəşər Əsəd əks hücuma keçib

Suriya ordusu müxalifət qüvvələrinin əlində olan Dəməşqin ətraf rayonlarını azad edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hərbiçilər Dəməşqdən 8 km aralıda olan Xarasta qəsəbəsinə daxil olaraq bu rayon üzərində nəzarəti bərpa ediblər.

Bu qəsəbənin yaxınlığında olan digər yaşayış məntəqəsi – Duma uğrunda döyüşlər gedir. Verilən məlumatda bildirilir ki, Əsəd qüvvələri müxalifətin Kadame, Əl Assali, Tadamun və Hacr-el-Assali rayonlarındakı hərbi bazalarını məhv ediblər.

Hazırda Suriya ordusunun Rif-Diməşq əyaləti istiqamətində hərəkət etdiyi bildirilir.

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə