Bidzina İvanişvili: "126 min çinlinin Tiflisə köçürülməsi bizim maraqlarımıza cavab vermir"
126 min çinlinin Tiflisə köçürülməsi Gürcüstan dövlətinin maraqlarına cavab vermir. Yerli mətbuata istinadən verilən məlumata görə, belə bir bəyanatla bu gün Gürcüstanın baş naziri Bidzina İvanişvili çıxış edib. Onun sözlərinə görə, bazar günü onun yanına 3 nazir gəlib və onlar deyib ki, Çin şirkəti Tiflis dənizi (Gürcüstan paytaxtı yaxınlığında göl – red.) yaxınlığında şəhərcik tikəcək və orada 126 min çinli yaşayacaq.
"Çinlilərlə imzalanmış müqavilədə belə bir şey yazılmayıb. Mən nazirləri sakitləşdirdim. Bilirəm ki, miqrasiya məsələləri inkişaf etmiş ölkələr üçün aktualdır. Bizim üçün də bu ciddi problemdir. Lakin bunun üçün miqrasiya haqqında qanun qəbul etmək lazımdır", - deyə o vurğulayıb.
İvanişvili qeyd edib ki, çinlilərin kütləvi köçürülməsi ilə bağlı şübhələr əvvəlki hökumətə inamsızlıqdan irəli gəlib: "Çünki onlar bu layihəni o qədər də reklam etmirdilər. Bununla belə hesab edirəm ki, müqavilədə tə hlükəli müddəa yoxdur. Sosial evlər bizə lazımdır. Ona görə də bu yaxşı layihədir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB