Rəsmi Təv-Əviv Sudan vasitəsilə İslam ölkəsindən silah daşındığını iddia edir
İsrailin Sudan ilə münasibətləri gərginləşib. Rəsmi Təl-Əviv Sudanın İrandan Afrika və Yaxın Şərq ölkələri üçün de-fakto olaraq silah boşaltma məntəqəsi olduğunu bildirib.
"BBC"nin verdiyi məlumata görə, İsrailin baş naziri Moşe Yaalon Sudanı terrorizmi yaymaqda ittiham edib.
Qeyd edək ki, Sudan Xartumdakı silah zavoduna aviazərbələrin endirilməsinə görə İsraili günahlandırırdı. Məhz bundan sonra rəsmi İsrailin Sudana qarşı sərt reaksiya göstərməyə başladı.
Öz növbəsində Sudan BMT-nin Təhlükəsizlik Şurasına rəsmi müraciət edəcəyini bildirib. İsrail isə məsələ ilə bağlı hələlik heç bir şərh verməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB