Supermarketdə banan yeşiklərindən kokain çıxdı

Supermarketdə banan yeşiklərindən kokain çıxdı

Polşanın cənubunda iki supermarketin əməkdaşları Ekvadordan gələn banan yeşiklərindən 100 kiloqramadək kokain aşkarlayıblar.


Ticarət şəbəkisinin nümayəndəsi Dorota Pateyka bildirib ki, nə mağazanın əməkdaşları, nə də hakimiyyət orqanları narkotikanın meyvələrin arasına necə düşməsindən xəbərsizdir. Onun sözlərinə görə, hüquq-mühafizə orqanları bununla bağlı istintaq işi aparmalıdır.


Yerli polisdən isə hadisəni şərh etmək istəməyiblər.


Qeyd edək ki, son bir ayda naməlum ekvadorlular artıq ikinci dəfədir, Polşaya kokain bağlaması göndərirlər. Mart ayında ölkənin Almaniya ilə qərb sərhədlərindəki mağazaların birində də bananın yanında 30 kiloqram narkotika aşkarlanmışdı. O vaxtı polisdən bildirmişdilər ki, bu "yük" Belçika üçün nəzərdə tutulsa da, səhvən Polşa ərazisinə gətirilib.


Xatırladaq ki, Ekvador dünya bazarında banan təchizatınada əsas ölkələrdən sayılır. Bu ölkə kokainin idxalına görə də Kolumbiyadan sonra ikinci olmaqla dünya liderlərinin sırasındadır.

Bütün xəbərlər Facebook səhifəmizdə