PKK yaraqlıları hərbi hissəyə hücum edib

PKK yaraqlıları hərbi hissəyə hücum edib

Türkiyədə hərbi hissə PKK terrorçularının silahlı hücumuna məruz qalıb. Hadisə ötən gün yerli vaxtla saat 17.30-da (Bakı vaxtıyla 19.30) Hatay vilayəti İskəndərun rayonundakı Amanos dağında yerləşən 39-cu Mexaniki Briqada Komandirliyində baş verib. Hərbçilərin terrorçulara cavab verməsi ilə tərəflər arasında atışma baş verib. Silahlı insidentdə 2 hərbçi xəsarət alıb.


Qeyd edək ki, atışmadan sonra terrorçular hadisə yerindən qaçıblar. Terrorçuların yaxalanması üçün bölgədə hərbi əməliyyat başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə