İran “altılıq” ölkələri ilə nüvə proqramının müzakirəsini İstanbulda aparacaq

İran “altılıq” ölkələri ilə nüvə proqramının müzakirəsini İstanbulda aparacaq
İran "altılıq" ölkələri ilə nüvə proqramının müzakirəsini İstanbulda aparacaq. SİA-nın məlumatına görə, bu barədə İranın "Press TV" dövlət televiziyası xəbər yayıb. Xəbərdə qeyd olunur ki, müzakirələr gələn həftə – aprelin 13-də İstanbulda aparılacaq. Xatırladaq ki, ötən həftə bəzi iranlı rəsmilər nüvə proqramı müzakirələrinin Türkiyədə aparılmasına qarşı çıxmışdı. Səbəb kimi isə Türkiyənin Suriya ilə bağlı mövqeyi göstərilmişdi. Müzakirələrin Çin, Livan, İraq və Suriyada aparılması təklif edilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə