G-8 ölkələrin Xarici İşlər Nazirləri aprelin 11-də Vaşinqtonda görüşəcəklər. SİA-nın verdiyi məlumata görə, ABŞ Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir ki, G-8 üzv ölkələrinin Xarici İşlər Nazirləri, bir sıra qarşılıqlı mövzuları, regional və beynəlxalq problemləri müzakirə edəcəklər.
Açıqlamada həmçinin qeyd edilib ki, növbəti toplantıda Suriya və İran problemlərinin diplomatik yolla həll edilməsi mövzusunda danışıqlar aparacaqlar.
Qeyd edək ki, səkkizlər qrupuna Rusiya, ABŞ, İngiltərə, Kanada, Fransa, Almaniya, İtaliya və Yaponiya daxildir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB