Texas ştatının qubernatoru: “Türkiyə NATO-dan çıxarılmalıdır”

Texas ştatının qubernatoru: “Türkiyə NATO-dan çıxarılmalıdır”

ABŞ-da keçiriləcək prezident seçkilərində respublikaçıların namizədi olmağa çalışan Texas ştatının qubernatoru Rik Perri Türkiyənin NATO-dan çıxarılmasının zəruriliyini bildirib. SİA-nın "Hürriyət" qəzetinə istinadən verdiyi xəbərə görə, Cənubi Karolinada keçiriləcək praymeriz ərəfəsində "Foks nyus"a müsahibə verən Perri Türkiyə haqqında çox ağır sözlər işlədib.

O, həmçinin 1970-ci illərdə ABŞ HHQ-nin pilotu kimi Türkiyədə xidmət keçdiyini bildirib. Onun sözlərinə görə, o zaman Türkiyəni müttəfiq kimi görürdü: "İndi isə bunu görmürəm".

Bütün xəbərlər Facebook səhifəmizdə