Yuliya Timoşenko cəzasının xərcini ödəməklə azadlığa çıxa bilər?

Yuliya Timoşenko cəzasının xərcini ödəməklə azadlığa çıxa bilər?

Bu günlərdə Regionlar partiyasından olan deputat Dmitriy Şençev öz çıxışında deyib ki, təmsil etdiyi partiyadan olan deputatlar Timoşenkonun cəzasının maddi təzminatla ödənməsini müzakirə etməyə hazırdırlar.

Belə ki, Ukrayna qanunlarında buna yol verəcək 365 maddəsi var. Bu maddəyə görə, məsuliyyətə cəlb olunan şəxs dəyən ziyanı ödəmək şərtilə azad buraxıla bilər. Bir çox deputatlar isə Şençevin fikrinə qarşı çıxaraq dövlətə və xalqa ziyan vuran insanın belə rahatlıqla buraxılmayacağını vurğulayıblar.

Xalq Partiyasından olan deputat Valeriy Baranov çıxış edərək bildirib ki, bu bir deputatın fikridir, demokratik siyasətdə belə şeylər olar, lakin Timoşenkonun bu qədər pulu da yoxdur.

NAK-"Naftoqaz Ukrainanın" dediyinə görə, 2009-ildən bu günə dəyən ziyan milyardlarla qrivnə edir. Bəzi deputatlar isə ümumiyyətlə, dövlətə və xalqa ziyan vuranları maddi təzminat ödəyərək buraxılmasının əleyhinə olduğunu vurğulayıblar.


Əlmaniz Ələkbərli, Ukrayna bürosu

Bütün xəbərlər Facebook səhifəmizdə