Gelendjikdə kütləvi təxliyə başlayıb...

Şəhərdə güclü partlayışlar guruldayıb...
Gelendjikdə kütləvi təxliyə başlayıb...

...8 avqust şənbə günü günortadan sonra Rusiyanın Gelendjik bölgəsində bir gəmiyə dronlar hücum edib.

SİA xəbər verir ki, Dialog.ua saytının Osynt-kanaly saytına istinadən verdiyi məlumata görə, zərbədən sonra gəminin üzərində qalın tüstü sütunu peyda olub.

İlkin məlumata görə, bu, bir gecə əvvəl dronların hücumuna məruz qalan quru yük ola bilər.

Hadisənin fonunda Gelendjik hakimiyyəti pilotsuz təhlükəli vəziyyət elan edib və şəhərdəki, eləcə də Kabardino və Divnomorski rayonlarındakı çimərlikləri bağlayıb.

Yerli sakinlər də öz növbələrində partlayış səsləri və dəniz üzərində qatı tüstü barədə məlumat veriblər.

İstirahət zonalarında insanların təxliyəsinə başlanılıb. Həyəcan siqnalı elan edildikdən sonra çimərlikləri tərk etməyən tətilçilərə bir neçə dəfə sahil zonasını tərk etmək çağırışı edilib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə