Britaniyada Reform partiyası yenidən sorğularda liderliyə yüksəlib

Britaniyada Reform partiyası yenidən sorğularda liderliyə yüksəlib

Böyük Britaniyada keçirilən son “YouGov” ictimai rəy sorğusuna əsasən, Reform UK partiyası yenidən seçici dəstəyinə görə ilk sıraya yüksəlib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, sorğuda partiya 23 faiz dəstək qazanaraq bir həftə əvvəlki göstəricisini 1 faiz artırıb. Baş nazir Endi Börnhemin vəzifəyə başlamasından sonra Leyboristlər partiyasının reytinqində müşahidə olunan qısamüddətli artım isə davam etməyib. Leyboristlər 22 faiz dəstəklə ikinci yerdə qərarlaşıb.

“YouGov”un seçkilər və siyasi məlumatlar üzrə rəhbəri doktor Patrik İngliş bildirib ki, Endi Börnhem şəxsi populyarlığa malik olsa da, seçicilər Leyboristlərə tam dəstək verməzdən əvvəl partiyadan real dəyişikliklər görmək istəyirlər.

Beləliklə, son sorğuya əsasən, Naycel Farajın rəhbərlik etdiyi Reform UK cüzi fərqlə də olsa, yenidən ölkənin ən yüksək reytinqə malik siyasi partiyası olub.

Bütün xəbərlər Facebook səhifəmizdə