ABŞ İraqda 6 iranlı müşaviri öldürdü

ABŞ İraqda 6 iranlı müşaviri öldürdü

ABŞ və Səudiyyə Ərəbistanının İraqda İranyönümlü silahlı dəstələrə qarşı keçirdiyi birgə hərbi əməliyyat zamanı ən azı 6 iranlı müşavir öldürülüb. Bu barədə "Associated Press" agentliyinə İraq silahlı dəstələrindəki iki mənbə məlumat verib.

Daha əvvəl verilən məlumata görə, Səudiyyə Ərəbistanının Silahlı Qüvvələri ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı ilə koordinasiyalı şəkildə İraq ərazisində İranyönümlü silahlı dəstələrin mövqelərinə zərbələr endirib. İlkin məlumatlara görə, zərbələr nəticəsində ən azı 20 döyüşçü həlak olub.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə