Tramp: İrana çox sərt zərbələr endirəcəyik

Tramp: İrana çox sərt zərbələr endirəcəyik

İrana çox sərt zərbələr endirəcəyik.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp “Fox News”-a telefon müsahibəsində deyib.

"Dünən gecə onlara çox sərt zərbələr endirdik. Hər dəfə pilotsuz təyyarə göndərəndə biz də onlara çox sərt zərbələr endirdik. Amma bizim bir razılaşmamız var idi. Sonra onlar onu pozdular. Onlar razılaşmanı həmişə pozurlar. Bu insanlarla 10 razılaşmamız var idi. Buna görə də biz onlara çox sərt zərbələr endirəcəyik", - deyə o bildirib.

Tramp əlavə edib ki, yenilənmiş hücumlara əlavə olaraq, ABŞ Hörmüz boğazının müdafiəçisi olacaq.

"İndi biz onu qoruyacağıq və onu qoruduğumuz üçün pul alacağıq", - deyə o vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə