“NATO Kalininqraddakı Rusiya bazalarını yerlə-yeksan edə bilər”

Litva xarici işlər naziri Rusiyaya xəbərdarlıq etdi...

...Litvanın xarici işlər naziri Kestutis Budris NATO-nun lazım gələrsə, Kalininqraddakı Rusiya bazalarını məhv etmək qabiliyyətinə malik olduğunu bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, o, bu açıqlamanı “Neue Zürcher Zeitung” qəzetinə verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, Rusiya Kalininqradı hava hücumundan müdafiə sistemləri və raket sistemləri ilə “kiçik bir qalaya” çevirib, lakin Alyans münaqişə baş verərsə, bu obyektləri məhv etməyə qadirdir.

...Ruslara Kalininqradda tikdikləri kiçik qalanı yarmağa qadir olduğumuzu göstərməliyik. Lazım gələrsə, NATO-nun orada yerləşən Rusiya hava hücumundan müdafiə bazalarını və raket bazalarını yerlə-yeksan etmək üçün vasitələri var, - deyə o bildirib.

Nazir həmçinin vurğulayıb ki, Avropa Rusiya ilə potensial münaqişə risklərini qiymətləndirməməlidir.

Onun sözlərinə görə, cəbhə xətti pozularsa, nəticələri təkcə NATO-nun şərq cinahı deyil, bütün Avropa İttifaqı hiss edəcək.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə