Tramp İranı razılaşmaya məcbur edir - "əks halda..."

ABŞ prezidenti Donald Tramp növbəti dəfə İrana qarşı təzyiq ritorikası ilə çıxış edib. SİA-nın məlumatına görə Ağ Evdə jurnalistlərə açıqlama verən ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqton hazırda faktiki olaraq İrana doğru daha çox hərbi gəmi göndərir. Onun sözlərinə görə, əsas məqsəd razılaşmaya nail olmaqdır:

SİTAT: “Hazırda İrana daha çox sayda gəmi istiqamətləndiririk. Ümid edirəm ki, razılaşma əldə edəcəyik. Əgər razılaşsaq, bu yaxşı olacaq. Əgər yox, onda baxarıq, nə olacaq”.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə