Rumıniyada Qara dəniz sahilində dəniz minası tapılıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə Kapu-Midia hərbi poliqonunun yaxınlığında yerləşən çimərlik ərazisində qeydə alınıb.
Məlumata görə, mina yanvarın 28-də sahildə hərbçilər tərəfindən aşkarlanıb. Dərhal hadisə yerinə xüsusi təyinatlı mühəndis-istehkam bölmələri və təhlükəsizlik qüvvələri cəlb olunub. Ərazi mühasirəyə alınaraq mülki şəxslərin girişinə məhdudiyyət qoyulub.
Hazırda mütəxəssislər minanın növünü və mənşəyini müəyyənləşdirmək, həmçinin onun təhlükəsiz şəkildə zərərsizləşdirilməsi istiqamətində tədbirlər həyata keçirirlər. İlkin qiymətləndirmələrə əsasən, mina dəniz axınları nəticəsində sahilə çıxmış ola bilər.
Qeyd edək ki, Kapu-Midia ərazisi Rumıniyanın əsas hərbi təlim poliqonlarından biridir və Konstansa şəhərindən təxminən 20 kilometr şimalda yerləşir. Son illər Qara dəniz hövzəsində təhlükəsizlik risklərinin artması fonunda sahilboyu ərazilərdə nəzarət tədbirləri gücləndirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB