Avropa İttifaqı Rusiya neftinin idxalına qadağa qoyacaq - MÜNASİBƏT

Avropa Komissiyasının (AK) rəsmi nümayəndəsi Anna - Kaysa İtkonen bəyan edib ki, təmsil etdiyi qurum qəbul edilmiş qərarlarla bağlı öz mövqeyini müdafiə etməyə hazırdır, bu, Avropa İttifaqı (Aİ) Şurası tərəfindən Rusiya qazının idxalına qoyulan qadağaya da aiddir.

Onun sözlərinə görə, Aİ ölkələrinin qərarları, o cümlədən Rusiya qazından mərhələli imtina üzrə "REpower EU" direktivlərini məhkəməyə çıxarmaq hüququ var.

"Biz "REpower EU"nun təsdiqini alqışlayırıq, bu, Aİ üçün tarixi məqamdır. Proses artıq başa çatıb və bu, Rusiya qazının idxalını tam dayandıran son addım idi. İndi isə mərhələli şəkildə Rusiya neftindən də imtina edə bilərik", - AK-nın rəsmi nümayəndəsi deyib.

İtkonen qeyd edib ki, AK üzv dövlətlərlə, o cümlədən Macarıstan və Slovakiya ilə işləməyə davam edəcək. O əlavə edib ki, ilin sonuna qədər Rusiya neftinin idxalına qadağa ilə bağlı təklif Aİ Şurasına təqdim olunacaq.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə