İndiyədək 1,4 milyon suriyalı qaçqın ölkəsinə qayıdıb. Daha çox suriyalı ölkəsinə qayıtmaq istəyir. Ölkə daxilində köçkün düşən iki milyona yaxın sakin də öz yurduna dönüb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bunu BMT Qaçqınlar üzrə Ali Komissarlığının Suriyadakı sözçüsü Selin Şmitt jurnalistlərə açıqlamasında deyib. “Vətəndaşların qaçqın düşməsinə gətirib çıxaran səbəblər artıq aradan qaldırılıb”, - deyə o vurğulayıb.
Qeyd olunub ki, Komissarlıq qayıtmaq qərarına gələn qaçqınlara imkanları daxilində dəstək göstərir. Qurumun Suriyada 79 icma mərkəzi mövcuddur. Burada hər şeydən əvvəl mülki sənədlərlə bağlı məsləhətlər təqdim olunur, psixoloji dəstək göstərilir, eləcə də qayıdanlara sığınacaq verilir.
Hələbdəki vəziyyətə də toxunan sözçü qeyd edib ki, 100 minə yaxın köçkünün təxminən 80 faizi vilayətə qayıdıb. Suriyanın şimal şərqindən olan köçkünlərin bir hissəsi çadırlarda məskunlaşıblar. Komissarlıq onlara mümkün dəstəyi göstərir, çadırlarla təmin edir.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB