"Bu halda minlərlə fələstinli miqrant Avropaya axışacaq" - Sisidən XƏBƏRDARLIQ

Misir prezidenti Əbdülfəttah Sisi bəyan edib ki, fələstinlilərin Qəzza zolağından Misirə köçürülməsi Avropa ölkələrinə qanunsuz miqrant axınının artmasına səbəb olacaq.

Misir lideri bəyan edib ki, təxminən 2,5 milyon fələstinlinin Qəzzadan çıxarılması Fələstin məsələsinin aradan qaldırılması demək deyil: “Belə bir vəziyyət yüz minlərlə insanın Qərb ölkələrinə qanunsuz mühacirəti ilə nəticələnəcək. Əgər bu baş verərsə, heç bir ölkə belə bir miqrasiya dalğasının təhlükəsizlik və iqtisadi sahədə yaradacağı nəticələrin öhdəsindən gələ bilməyəcək”.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə