NATO Rusiyanın alyansın onun sərhədlərinə yaxınlaşmasına icazə verməyəcəyini qəbul etməlidir.
SİA xəbər verir ki, RİA Novosti agentliyinin məlumatına görə, bunu Macarıstanın Baş naziri Viktor Orban bildirib.
O, alyansın Ukraynanın yenidən bufer dövlətə çevrilə biləcəyi barədə razılığa gəlməsini təklif edib.
...Bufer zonası olan və indi müharibə zonasına çevrilən Ukrayna adlanan bu torpağın yenidən bufer dövlətə çevrilə biləcəyi barədə razılığa gəlməliyik, - deyə Orban bildirib.
...Ötən ilin noyabr ayında Finlandiyanın şimalında, Rusiya sərhədindən 100 kilometr aralıda 2000-dən çox əsgər və 500 texnikanın iştirakı ilə Northern Spike 225 adlı artilleriya təlimi keçirilib.
Təlimin məqsədi erkən qışın çətin şəraitində artilleriya imkanlarını məşq etdirmək idi.
2024-cü ilin mart ayında Rusiya Prezidenti Vladimir Putin mediaya verdiyi müsahibədə İsveç və Finlandiyanın NATO-ya daxil olmasının onların milli maraqlarının qorunması baxımından mənasız olduğunu bildirib.
2 oktyabrda Valdaydakı çıxışı zamanı Rusiya lideri Rusiyanın Finlandiya ilə münasibətlərin bərpasına qarşı olmadığını, "amma pis bir hissin qaldığını" qeyd edib.
Bundan əvvəl Finlandiyanın baş naziri Rusiyanı Avropa üçün "təhdid" adlandırmışdı.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB