Pakistanda toy yasa döndü - 5 nəfər öldü

Pakistanda dəhşətli partlayış baş verib. Ölkənin şimal-qərbindəki Xayber-Paxtunxva əyalətinin Dera-İsmayıl-Xan rayonunda terrorçu-kamikadzenin törətdiyi partlayış nəticəsində azı beş nəfər həlak olub, daha 10 nəfər yaralanıb. Bu barədə "The Express Tribune" qəzeti yerli hakimiyyət orqanlarına istinadən xəbər verib.

Məlumata görə, terrorçu cümə axşamı yerli icma liderinin evində keçirilən toy mərasimində partlayıcı qurğunu işə salıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə