"Bölgədə qalmaq üçün heç bir səbəb yoxdur" - Hakan Fidandan ABŞ açıqlaması

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-ın bölgə siyasəti barədə danışıb. SİA-nın xəbərinə görə, H.Fidan bəyan edib ki, "ABŞ-ın yeni siyasəti regional problemlərdə birbaşa rol almamaq, məsuliyyəti bölgə ölkələrinə verməkdir və bu yanaşma bizim bölgə siyasətimizlə üst-üstə düşür".

H.Fidan ABŞ-ın bölgədə qalması üçün bir səbəb olmadığını qeyd edib: “Türkiyənin İŞİD-lə mübarizədəki mövqeyi, Suriyanın ərazi bütövlüyünə verdiyi önəm, azlıqların hüquqları ilə bağlı məsələlələr, bütün bunları nəzərə alanda, ABŞ-ın bölgədə qalması üçün bir səbəb qalmır”.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə