…Kanadanın keçmiş baş naziri Castin Trüdo və amerikalı pop ulduz Keti Perri arasında romantika şayiələri qızışıb. Trüdo və Perri birlikdə tətildə öpüşərkən və qucaqlaşarkən görüntüləniblər.
SİA-nın məlumatına görə, Daily Mail eksklüziv fotoları dərc edib.
"Bu rəsmidir! Aylarla davam edən romantik şayiələrdən sonra "The Mail on Sunday" pop ulduzu Keti Perrinin həqiqətən də Kanadanın keçmiş baş naziri Castin Trüdo ilə görüşdüyünü təsdiqləyə bilər", - məqalədə deyilir.
Keti Perri və Castin Trüdo Kaliforniyanın Santa Barbara sahillərində Perrinin 24 metrlik “Caravelle” yaxtasında bir-birini qucaqlayarkən görüntülənib.
İkisi arasında qönçələnən romantika haqqında şayiələr iyul ayında, Monrealdakı Le Violon restoranında nahar edərkən göründükdən sonra başladı. Lakin hər ikisi münasibətləri barədə şərh verməkdən imtina ediblər.
Fotoların keçən ayın sonlarında, Perrinin Lifetime dünya turnesinə qısa fasilə verdiyi zaman çəkildiyi bildirilir. "Onun qolundakı döyməni görənə qədər onun kiminlə olduğunu başa düşmədim və dərhal bunun Castin Trüdo olduğunu anladım", - şahid qeyd edib. Bu ilin əvvəlində mənbələr cütlüyün "romantikanın çox erkən mərhələlərində olduğunu" iddia etdi.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə