...Rusiyanın işğalçı qüvvələri Donetsk və Xarkov vilayətlərində hücum cəhdlərini davam etdirir. Amma cəbhədəki çətin vəziyyətə baxmayaraq, Ukrayna qoşunları əks-hücuma keçərək itirilmiş mövqeləri geri almağa nail olurlar.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə Amerika Müharibənin Öyrənilməsi İnstitutunun analitikləri məlumat verib.
Onların məlumatlarına görə, hər iki ordu cəbhənin iki əsas istiqamətində irəliləyiş əldə edir.
Ukrayna Silahlı Qüvvələrinin əraziləri geri aldığı yer...
Ukrayna Müdafiə Qüvvələri Pokrovsk sektorunda irəliləyib. Bunu oktyabrın 2-də Ukrayna qoşunlarının Pokrovskdan cənub-şərqdə, Lısovka kəndinin şimal kənarına doğru irəlilədiyini göstərən geolokasiyalı kadrlar da təsdiq edir. Oktyabrın 3-ə aid kadrlar təsdiq edir ki, Ukrayna qoşunları əvvəllər rusların nəzarəti altında olduğunu iddia etdikləri Pokrovskun cənubunda mövqe tuturlar və ya artıq irəliləyiblər.
Ukrayna Silahlı Qüvvələri Dnepropetrovsk vilayətində də uğur qazanıb. Oktyabrın 3-dən olan görüntülərə görə, Müdafiə Qüvvələri Velıkımxaylovkanın cənub-şərqində yerləşən Sosnovka və Verbovo kəndlərini geri alıb.
Analitiklər işğalçılar üçün hansı uğurları qeyd ediblər?
Oktyabrın 3-də geolokasiya edilmiş kadrlar işğalçıların Xarkov vilayətinin şimalında irəliləyişini göstərir. Konkret olaraq, düşmən Vovçanskın qərb hissəsində Cənub Dəmir Yolu boyunca irəliləyərək yerli qatar stansiyasını ələ keçirdi. Ruslar da Novopavlivka istiqamətində İvanovka kəndinin şərq hissəsinə, Novopavlivkanın cənub-qərbinə doğru irəlilədilər.
Ukrayna Silahlı Qüvvələrinin Dnepropetrovsk vilayətində uğurları daha böyük ola bilər
“Qlavred” yazıb ki, DeepState layihəsinə əsasən, ukraynalı müdafiəçilər sentyabrda Dnepropetrovsk vilayətində iki yox, dörd kəndi təmizləyiblər. Bunlar Sosnovka, Xoroşe, Novoselivka və Yanvarske idi.
225-ci Əlahiddə Hücum Alayının 3-cü Hücum Batalyonunun döyüşçüləri Dnepropetrovsk vilayətində üç kəndi, 141-ci Əlahiddə Mexanikləşdirilmiş Briqada isə daha bir kəndi təmizləyib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə