Ukraynanın Odessa şəhərində güclü yağışlar bir sıra fəsadlara səbəb olub. SİA “RBK-Ukraina”ya istinadən xəbər verir ki, yağış səbəbindən evləri və küçələri su basıb.
Nəticədə aralarında uşaq da olmaqla, 9 nəfər həlak olub.
Ümumilikdə isə su basmış ərazilərdə 362 nəfər xilas edilib.
Hazırda yağışın fəsadlarının aradan qaldırılması, eləcə də axtarış-xilasetmə işləri davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə