Odessanı su basdı, 9 ölü

1 Oktyabr 2025 10:21 (UTC+04:00)

Ukraynanın Odessa şəhərində güclü yağışlar bir sıra fəsadlara səbəb olub. SİA “RBK-Ukraina”ya istinadən xəbər verir ki, yağış səbəbindən evləri və küçələri su basıb.

Nəticədə aralarında uşaq da olmaqla, 9 nəfər həlak olub.

Ümumilikdə isə su basmış ərazilərdə 362 nəfər xilas edilib.

Hazırda yağışın fəsadlarının aradan qaldırılması, eləcə də axtarış-xilasetmə işləri davam etdirilir.