Türkiyənin "Başakşehir" futbol komandası yeni baş məşqçisini müəyyənləşdirib. SİA xəbər verir ki, klub İstanbul təmsilçisi sosial şəbəkə hesabında bu barədə məlumat yayıb.
Qeyd olunur ki, Türkiyəli mütəxəssis Nuri Şahinlə razılıq əldə edilib. 37 yaşlı baş məşqçi sentyabrın 15-də rəsmi müqaviləni imzalayacaq.
Xatırladaq ki, Nuri Şahin son olaraq Almaniyanın Dortmund şəhərindəki "Borussiya" klubunda çalışıb.
Bütün xəbərlər Facebook səhifəmizdə