Ərdoğan Paşinyanla nəyi müzakirə etdi? - DETALLAR

Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyanı qəbul edib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Dövlət Başçıları Şurasının 25-ci Zirvə Toplantısında iştirak etmək üçün Çinin Tiencin şəhərində səfərdə olan prezident Ərdoğan sammit çərçivəsində əlaqələrini davam etdirir.

Ərdoğan Ermənistanın baş naziri Paşinyanı qaldığı oteldə qəbul edib. Qəbulda xarici işlər naziri Hakan Fidan və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da iştirak ediblər. Prezident Ərdoğanın Ermənistanın baş naziri Paşinyanla görüşündə Türkiyə-Ermənistan münasibətləri Cənubi Qafqazda davamlı sabitlik və sülhə doğru atılan addımlar fonunda müzakirə edilib. Qəbulda Prezident Ərdoğan Ermənistan və Azərbaycan arasında sülh prosesinin gedişindən məmnunluğunu ifadə edərək, Türkiyənin bölgədə sülh, sabitlik və inkişafı dəstəklədiyini və prosesə töhfə verməyə davam edəcəyini bildirib.

Ərdoğan Türkiyə ilə Ermənistan arasında əməkdaşlığın artırılması istiqamətində atılan addımların qiymətləndirildiyini bildirib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə