Suriyada güclü partlayış oldu

Suriyanın paytaxtı Dəməşqin Mezze bölgəsində güclü partlayış səsi eşidilib. SİA xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Məlumatda bildirilib ki, naməlum şəxslər “Golden Mezzeh” otelinin yaxınlığında köhnə avtomobilə yerləşdirilmiş partlayıcıları işə salıblar. Hadisə yerinə təcili tibbi yardım maşınları gəlib və təhlükəsizlik qüvvələri tərəfindən ərazi nəzarətə götürülüb. Ərazidə olan avtomobillərə ziyan dəysə də, insan tələfatı ilə bağlı məlumat verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə