İspaniya çimərlikləri bağlayır..?

Dəniz canlılarının 30-dan çox insanı sancmasından sonra...

...İspaniyanın şimalında, Baskda bəzi çimərliklərdə üzmək qadağan edilib. Bunun səbəbi, “portuqaliyalı müharibə adamı” adlanan dəniz simbiotik orqanizmlərinin yayılmasıdır.

Onlar meduzaya bənzəyirlər və artıq onlarla istirahət edənləri sancıblar.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Mirror yazır. Qeyd olunur ki, təkcə avqustun 7-də portuqaliyalı döyüşçü 7 nəfəri sancıb.

Ümumilikdə, son bir həftə ərzində 36 nəfər xəsarət alıb.

Nəşr paylaşıb ki, “portuqaliyalı mühribə adamı”nın işğalı Britaniya çimərliyində bir neçə belə canlı aşkar edildikdən sonra baş verib.

Bu, istirahət edənlərin narahatlığına səbəb olub.

Bu həftə bir neçə nəfər “portuqaliyalı müharibə adamı” tərəfindən sancıldıqdan sonra tibbi yardıma ehtiyac duyub. Onlardan ikisi xəstəxanaya göndərilib.

...Bask Səhiyyə Nazirliyi insanları üzməkdən çəkinməyə çağırıb. İstirahət edənlərə “portuqaliyalı mühribə adamı”na toxunmamaq barədə xəbərdarlıq edilib.

Bir dişləmə halında, təcili yardım stansiyasına müraciət etmək və dərinin təsirlənmiş bölgəsini cızmamaq, dəniz suyu ilə yaxalamaq tövsiyə olunur.

Dişləmə yerinə buz tətbiq etmək də tövsiyə olunur.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə