...Ukraynada genişmiqyaslı müharibənin başlaması ilə Rusiyada ksenofobiyanın səviyyəsi kəskin şəkildə artıb. Bununla qarşılaşanlar isə daha çox miqrantlar və yerli xalqların rus olmayan nümayəndələridir.
...Bu gün formal olaraq Rusiya özünü çoxmillətli ölkə adlandırır. Rus Konstitusiyada deyilir ki, “Rusiya Federasiyasında yeganə hakimiyyət mənbəyi” onun “çoxmillətli xalqıdır”.
Konstitusiya həm də etnomədəni və dil müxtəlifliyinin qorunmasına təminat verir.
Amma qeyd edək ki, bu, formal xarakter daşıyır, praktikada isə milliyyət ayrı-seçkiliyə səbəb olur.
Yerli xalqlar etnik fəallığa görə təzyiqlə üzləşirlər; 2017-ci ildən məktəblərdə milli dillərin icbari tədrisi ləğv edilib. Ukraynadakı müharibə zamanı isə səfərbərlikdən ən çox itki verən yerli xalqların nümayəndələridir.
Bu arada SİA "Nastoyaşie vremya" nəşrinə istinadən Rusiyanın yerli xalqlarından olan oxucuların hekayələrini dərc edir.
Mən burada onlardan birinin, Buryatiya doğulub, Rusiya Federasiyasının pasportunu daşıyan biri haqqında danışacam. Əslində mən yox, o özü danışacaq.
O, ksenofobiyadan, “ikinci dərəcəli” hissindən, eləcə də niyə nifrət ritorikasının təkcə hakimiyyətdən deyil, həm də Rusiya müxalifətinin bir hissəsindən eşidilməsindən danışır.
...Deməli, Aleksandr Buryatiyanın paytaxtı Ulan-Udedə doğulub boya başa çatıb.
O, hələ kiçik yaşlarından Rusiyada qeyri-rus olmağın necə bir şey olduğunu anlayıb.
...Mənə həmişə aydın idi ki, ruslar buryatlara həmişə
laqeyd yanaşırdılar, sanki elə bil biz onlara nəsə borcluyuq.
Bunu Aleksandr xatırlayır.
...O, uşaqlıqda bir rus oğlanla dostluq edib və onlar tez-tez həyətdə birlikdə oynayarmışlar. Amma bir gün rus uşağın atası onları bir yerdə görüb, “...niyə bu buryatlı axmaqla oynayırsan?”-deyə soruşub.
...Eşitdiyi ifadə Aleksandrın yaddaşına dərindən həkk olunub - onu xatırlamaq hələ də ürəyini ağrıdır.
Onun anası isə belə hücumlara reaksiya verməyib.
Aleksandrın sözlərinə görə, o, “sovet məktəbi”nin adamıdır və hesab edirdi ki, bu cür münasibətə dözmək lazımdır.
...Mən belə deyiləm. Bu barədə danışmaq istəyirəm. İnsanların bilməsini istəyirəm: Rusiyada irqçilik olub, var və olacaq da... Həmyerlilərim deyirlər: bunu proporsional şəkildə partlatmayın. Amma istəyirəm ki, insanlar bilsinlər. Mən incimişəm. Biz də eyni insanlarıq, amma ruslar bizə heyvan kimi yanaşırlar.
...Deməli, məktəbi bitirdikdən sonra Aleksadr Şərqi Sibir Dövlət Mədəniyyət İnstitutuna daxil olur. Oradakı dekan rus olub və Aleksadrın dediyinə görə, heç vaxt buryatlara, (təkcə buryatlarmı?-A.B.) nifrətini gizlətmirmiş.
...O, tez-tez deməyi xoşlayırmış ki,..biz ruslar sizin üçün şəhərlər saldıq, sizə təhsil verdik. Bizdən əvvəl yurdlarda, qazmalarda yaşayırdınız.
...Sonralar Aleksadr ksenofobiya ilə daha tez-tez qarşılaşmağa başlayıb.
Hətta onun vətəni Buryatiyada “yalnız slavyanlara mənzil kirayə verirəm” və ya “slavyanları işə götürürəm” kimi elanlara rast gəlmək də adi hal alıb.
Yeri gəlmişkən, SİA, bu barədə o gün də yazmışdı. Xatırladıram: ruslar slavyan deyillər, onların kökü skandinaviyadan gəlmədirlər.
…Deməli, universiteti bitirdikdən sonra Aleksandr Moskvaya gedib. Əvvəlcə Burger King-də işləməyə başlayıb.
…Müştərilər hər zaman mənimlə kobud danışmağa çalışırdılar. Mənə "çurka", "yeni gələn”,…“qayıdın kəndinizə” - deyirilər
…Aleksandr sonradan Auchan-da işə düzəlib, onun dediyinə görə, baş kassir daim qeyri-slavyan görünüşü olan işçilərə qışqırırdı.
Moskva metrosunda isə onu mütəmadi olaraq sənədləri yoxlamaq üçün saxlayırmışlar.
Bir dəfə soruşdum: məni niyə saxlayırlar? Polis dedi ki, çünki sən asiyalı kimi görünürsən.
Aleksadr hətta ərzaq mağazalarında da hörmətsizliklə qarşılaşdığını deyir. Bir dəfə kassirlə mübahisə edəndə növbəyə duran biri qışqırdı: “Top-top gəliblər!”. Aleksandr cavab verib ki, əslində onun da Rusiya pasportu var. "Yəqin onu haradansa almısan"- deyiblər ona.
…Bu, daimi gərginlikli bir həyat idi,- deyə Aleksanr paylaşır. Onlar həmişə mənə göstəriblər ki, guya mən onlardan pisəm, ikinci dərəcəliyəm. Buna görə də bu ölkəyə nifrət edirəm, bu gün ruslar mənim Buryatiyamı işğal edib. Rusiya olmasaydı, biz daha yaxşı yaşayardıq…
2020-ci ildə Moskvadakı alçaldıcı həyata dözə bilməyən Aleksandr Ulan-Udeyə qayıdıb.
O, 2000-ci illərin əvvəllərində asiyalıların skinhedlər tərəfindən qətlə yetirildiyini bilirdi, lakin məişət təcavüzünün bu qədər geniş yayılacağını gözləmirdi.
Xatırladaq ki, həmin illərin səs-küylü məhkəmə proseslərindən biri də “Ağ qurdlar” qruplaşmasının işi idi. 2010-cu ildə Moskva Şəhər Məhkəməsi onun doqquz üzvünü 23 ilə qədər azadlıqdan məhrum edib. Müstəntiqlər bildiriblər ki, “Ağ qurdlar” öz qurbanlarını xarici görünüşlərinə görə seçiblər - Asiya mənşəli əlamətləri olanları.
Mənə elə gəlir ki, əslində bu rusların aldadıcı oyunlarından biri idi, nə isə…
…Aleksandr davam edir.
…Bir dostum vardı, həmişə Orta Asiyadan olanlar haqqında pis danışırdı: "Çurki", "Çrkabesi", "top-top gəliblər", "bizim yerimizi tuturlar"…
O, bunu mənim üzümə deyirdi, baxmayaraq ki, mən də asiyalıyam və zahirən məni qırğızdan və ya qazaxdan ayırmaq çətindir.
O, mənim də asiyalı olduğumu və bunun məni incidə biləcəyini düşünmürdü? Təbii ki, o çox yaxşı qanır…
…Ukraynada genişmiqyaslı müharibə başlayandan sonra Aleksandr Rusiyanı tərk edib və hazırda Avropada yaşayır. Deyir ki, burada nəhayət, rahat nəfəs ala bilib.
…Amma, mənim üçün maraqlıdır, görən, tək Aleksandrın qaçıb Avropaya sığınmasıyla məsələ bitirmi?
...Və yeri gəlmişkən, bu gün Ukraynadakı döyüşlərə, əslində isə ölümə göndərilənlərin əksəriyyətinin Cənubi Qafqaz və Uzaq Şərqdən olan qeyri rus millətlərinin nümayəndələri olduğuna heç fikir vermisinizmi?
Təbii ki, Moskva və ya Sank-Peterburq kimi iri şəhərlərdən döyüşlərə heç bir rus göndərilmir.
Göndərilsə də çox az halda göndərilir, niyə...?
Çünki, Putin və onun ətrafı döyüşlərdə total şəkildə öldürülən moskvalı və ya sank-peterburqlunun sonradan hansı reaksiya verə biləcəyini yaxşı qanırlar.
...Və yadımdaykən,..o vaxt, yəni 19995-ci ildə mərhum Cövhər Dudayev Rusiyanın Çeçenistandakı fəaliyyətini təsvir etmək üçün "rusizm" terminini işlədib. Dudayevə görə, “rusizm” - əsas böyük rus şovinizminin dayanan nifrət ideologiyasıdır. Onun fikrcə “rusizm” insan və təbiətə qarşı həddindən artıq qəddarlıqdır. Və ideyanın təsirinə qarşı hər hansı bir şeyin məhv edilməsinə görə yandırılmış torpaq taktikası durur.
P.S: Deyim ki, əslində Aleksandr da buryat adı deyil, bu da rusun başqa bis siyasi oyunudur...
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə