Lukaşenko Trampın hücumuna məruz qala bilər..?

ABŞ prezidenti BRİKS-i dəstəkləyən ölkələri hədələyir.

ABŞ prezidenti Donald Tramp BRİKS siyasətlərini dəstəkləyən ölkələrə əlavə rüsumlar tətbiq ediləcəyi barədə xəbərdarlıq edib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə Tramp özünün “Truth Social” sosial şəbəkəsində yazıb.

Amerika liderinin sözlərinə görə, BRİKS-in anti-Amerika siyasətinə qoşulan istənilən ölkəyə 10 faiz əlavə rüsum tətbiq olunacaq.

...Bu siyasətdə heç bir istisna olmayacaq, - ABŞ prezidenti vurğulayıb.

Qeyd edək ki, Lukaşenko rejimi 2024-cü ildə BRİKS-də müşahidəçi statusu alıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə