ABŞ prezidenti Donald Tramp BRİKS siyasətlərini dəstəkləyən ölkələrə əlavə rüsumlar tətbiq ediləcəyi barədə xəbərdarlıq edib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə Tramp özünün “Truth Social” sosial şəbəkəsində yazıb.
Amerika liderinin sözlərinə görə, BRİKS-in anti-Amerika siyasətinə qoşulan istənilən ölkəyə 10 faiz əlavə rüsum tətbiq olunacaq.
...Bu siyasətdə heç bir istisna olmayacaq, - ABŞ prezidenti vurğulayıb.
Qeyd edək ki, Lukaşenko rejimi 2024-cü ildə BRİKS-də müşahidəçi statusu alıb.
Əli Babayev